“Neftçi” ikinci pilləyə yüksəldi

neftci-ikinci-pilleye-yukseldi
Oxunma sayı: 2241

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ı doğma meydanda qəbul edib.

Qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarını 47-yə yüksəldən “Neftçi” ikinci pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib. Ötən gün "Sumqayıt" – “Zirə” qarşılaşması qolsuz başa çatıb.