“Neftçi” Avropa Liqasında bu klubla qarşılaşacaq

neftci-avropa-liqasinda-bu-klubla-qarsilasacaq
Oxunma sayı: 2084

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Olimpiakos”a uduzan “Neftçi” Avropa Liqasında yoluna davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bakılılar Avroliqanın üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.

“Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 5-də Bakıda təşkil olunacaq. Avropa Liqasında pley-offa yollanacaq komanda ayın 12-də Helsinkidə keçiriləcək matçda bəlli olacaq. Burada da uduzan tərəf Konfrans Liqasının pley-offunda iştirak edəcək.