“Neftçi”nin hazırlıq planı müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə yollanacaq.
Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq.
Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər