“Qafqazinfo”ya dünya çempionu olması ilə bağlı danışan Hacı Əliyev, həmçinin “Neftçi” azarkeşi də olduğunu deyib: “Bildiyiniz kimi bu böyüklər arasında keçirilən dünya çempionatı idi. Dünya çempionatlarında da zəif rəqib olmur.Çox çətin keçdi mənim üçün. Lakin çətinliyə baxmayaraq, çox yaxşı hazırlıq keçdik və şükürlər olsun ki, çəkdiyimiz əziyyət yarıda qalmadı,öz bəhrəsini verdi. Qarşıda bizi Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları gözləyir. Həmin Olimiyadaya da ciddi hazırlıq keçirik. Daha sonra qarşıdan 2016-yay Olimpiya oyunları gəlir. Yeganə məqsəd uğur qazanıb, xalqımıza qələbə sevinci bəxş etməkdir. Mən özüm güləşlə yanaşı, futbolla da yaxından maraqlanıram. 2007-ci ildən bəri “Neftçi”İdman Sağlamlıq Mərkəzinin üzvüyəm və “Neftçi” azarkeşiəm. Vaxt tapdıqca, məşqlərdən sonra “Neftçi”nin Bakıda keçirilən oyunlarını izləyirəm”
İqbal
Son xəbərlər
Son Xəbərlər