“Neftçi” azarkeşlərinə, “Səbail” gecikdiyinə görə cəzalandı

neftci-azarkeslerine-sebail-gecikdiyine-gore-cezalandi
Oxunma sayı: 837

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. 
 
“Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.
 
“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 
 
“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 
 
“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.