“Neftçi” “Beşiktaş”a, “Qarabağ” HİK-ə qarşı

neftci-besiktasa-qarabag-hik-e-qarsi
Oxunma sayı: 3024

Bu gün Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Sabah” və “Neftçi” komandaları növbəti avrokubok oyunlarını keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayacaq.

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə görüşəcək. Bu gün baş tutacaq ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Neftçi” ilə “Sabah” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar. “Ağ-qaralar” Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcək. İlk qarşılaşma “Neftçi Arena”da baş tutacaq.

“Bayquşlar”ı isə Serbiya nəhəngi “Partizan”la görüş gözləyir. Bu komandaların ilk oyunu da Azərbaycanda, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.

Avropa Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun

10 avqust 20:00. “Qarabağ” – HJK Baş hakim: Roy Reynşreyber (İsrail).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar:

10 avqust 20:00. “Sabah” – “Partizan” Baş hakim: Goergi Kruaşvili (Gürcüstan).

Masazır. “Bank Respublika Arena”.

21:00. “Neftçi” – “Beşiktaş” Baş hakim: Lukas Fahndrix (İsveçrə).

Bakı. “Neftçi Arena”.