“Neftçi” “Beşiktaş”la oyunlar üçün iştirak ərizəsini təqdim etdi - Foto

neftci-besiktasla-oyunlar-ucun-istirak-erizesini-teqdim-etdi
Oxunma sayı: 3004

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, ərizədə 27 futbolçu yer alıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda keçiriləcək.