“Neftçi” - “Bney Yehuda” oyununun biletləri satışda

neftci-bney-yehuda-oyununun-biletleri-satisda
Oxunma sayı: 1678

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyununun biletləri bu gün satışa çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.

Xatırladaq ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.