“Neftçi” Bojoviçə görə cərimələndi

neftci-bojovice-gore-cerimelendi
Oxunma sayı: 2473

AFFA İntizam Komitəsi “Neftçi” ilə yolları ayrılan baş məşqçi Miodraq Bojoviçi cəzalandırıb, klubu isə cərimələyib.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, buna Bojoviçin Premyer Liqanın sonuncu turunda hakimləri təhqir etməsi səbəb olub. 

Birbaşa qırmızı vərəqə alan mütəxəssis 5 oyun cəzalanıb, “Neftçi” isə 4000 manat cərimə edilib.

Qeyd edək ki, “Neftçi” mayın 26-sı Bojoviçlə yolları ayırıb.