“Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqladı

neftci-bordini-istefaya-gonderdiyini-resmen-aciqladi
Oxunma sayı: 1840

"Neftçi" baş məşqçisi Roberto Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb. 

"Qafqazinfo"nun məlumatına görə, klubun rəsmi saytında verilən məlumata görə, "Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.

Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, dünən baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

 

 

"Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.