“Neftçi” braziliyalı futbolçusunu qovdu

neftci-braziliyali-futbolcusunu-qovdu
Oxunma sayı: 1517


“Qafqazinfo” “Stadium.az”a istinadən  xəbər verir ki, paytaxt klubu braziliyalı müdafiəçi Bruno Bertucciylə yollarını ayırıb.

“Partizan”la Avroliqanın Bakıdakı cavab oyunundan sonra futbolçuyla klub rəhbərliyi arasında görüş olub. Söhbət zamanı Bertucciyə indiyədək “Neftçi”də etdikləri üçün təşəkkür edilib və özünə yeni klub tapmaq tapşırılıb.

Hazırda Braziliyada olan Brunonun artıq “Neftçi”də oynamayacağı dəqiqləşib. Xəbəri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da təsdiqləyib.

Qeyd edək ki, “Neftçi” Cavid İmamverdiyevi icarəyə verib və “Kalmar”da icarə əsasında çıxış edən Melvin Platyeylə də yollar birdəfəlik ayrılıb.