“Neftçi” bu gün “Zirə” ilə qarşılaşacaq

neftci-bu-gun-zire-ile-qarsilasacaq
Oxunma sayı: 761

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində “Neftçi” – “Zirə” matçı keçiriləcək.

“Qafqazinfo” bildirir ki, “Bakcell Arena”da baş tutacaq matça saat 16:00-da start veriləcək.

Görüşü Vüqar Həsənli idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 29-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Sabah” oyunu saat 16:00-da başlayacaq. Tura həmin gün keçiriləcək “Səbail” - “Qarabağ” oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 16:00-da start götürəcək.