“Neftçi” bunu 11-ci dəfə etdi

neftci-bunu-11-ci-defe-etdi
Oxunma sayı: 661

“Qafqazinfo”un verdiyi məlumata görə, bu, XXVII turun “Bakı” ilə ev oyununa təsadüf edib. Matçda hesabı açan Flavinyo “ağ-qaralar”ın bu çempionatdakı yubiley qolunun müəllifi olub. 2011/12 mövsümündə 50 qol səddini aşan ilk komanda olan “Neftçi” Azərbaycan çempionatları tarixində əvvəllər də 50-ni arxada qoyub.

Ümumilkdə isə 20 çempionat ərzində 46-cı dəfədir ki, 1 komanda mövsüm ərzində ən azı 50 qol vurur. “Neftçi” artıq 11-ci dəfə 100-ü yarılamaqla bu göstəricidə də hamıdan öndədir. “Neftçi” 1992, 1994/95, 1995/96, 1996/97, 1998/99, 2000/01, 2003/04, 2004/05, 2005/06, 2010/11 və 2011/12 mövsümlərində 50 və ya daha çox qol vurub.
“Kəpəz” (1992, 1993/94, 1994/95, 1995/96, 1996/97, 1997/98, 1998/99) və “Qarabağ” (1992, 1993/94, 1995/96, 1996/97, 1998/99, 2003/04, 2004/05) hərəyə 7 dəfə buna nail olub. “Şəmkir”lə (2000/01, 2001/02, 2003/04) “Turan”ın (1992, 1993/94, 2004/05) isə hərəyə 3 belə uğuru var.

2 dəfə 50-yə çatan klublardan “Bakı” 2004/05 və 2008/09, “İnter” 2007/08 və 2008/09, “Karvan” 2004/05 və 2005/06, Sumqayıt “Xəzər”i 1992 və 1996/97, “Xəzər Lənkəran” 2004/05 və 2006/07 mövsümlərində məhsuldarlıq göstərib. Cəmi 1 dəfə 50 və daha artıq qol vuranlardan “Azəri”, Bakı “İnşaatçı”sı, “Kürmük” və “Viləş” 1992 , “Xəzri” isə 1996/97-ci il mövsümlərində qol vurmaqda çətinlik yaşamayıb.
Azərbaycan çempionatlarında yalnız 2 komanda nəinki 50, hətta 100 və daha artıq qol vurub. 1992 mövsümündə “Neftçi” 104, Sumqayıt “Xəzəri”isə 100 dəfə rəqib qapılarına yol tapıb.

Ceyhun Əhmədov