“Neftçi” çempion! - Video

neftci-cempion
Oxunma sayı: 7777

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, turun, eləcə də mövsümün qapanış matçı lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutub.

Mövsümün çempionunu müəyyənləşdirən Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edirdi. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıydı. “Qızıl oyun”un taleyini 90-cı dəqiqədə Ahmed Ahmedovun vurduğu yeganə qol həll edib. “Neftçi” bu qələbə sayəsində uzun fasilədən sonra Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası
28-ci tur
19 may

“Neftçi” – “Qarabağ” 1:0
Qol: A.Ahmedov, 90.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Bakı. “Dalğa Arena”, 20:30.