“Neftçi” çempionluğu “təxirə saldı”

neftci-cempionlugu-texire-saldi
Oxunma sayı: 671

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Neftçi” “Xəzər Lənkəran”a məğlub olub.
Bununla “flaqman” çempionluğu rəsmiləşdirmək şansını boşa verib. “İnter” isə “Qəbələ”ni məğlub edərək 2-ci pilləyə yüksəlib.

“Qarabağ” evdə acınacaqlı məğlubiyyətə uğrayıb. “Zolaqlılar” Ağdam klubunun qapısından 4 top keçirib – 4:2.

İkinci “altılıq”da baş tutan qarşılaşmada AZAL “Kəpəz”i məğlub edib – 2:0.
Beləliklə, “İnter” sona 3 tur qalmış “Neftçi”dən 8 xal geri qalır ki, bu da onların nəzəri çempionluq şanslarının qalması deməkdir. “Ağ-qaralar”a birinciliyi təmin etmək üçün 1 xal da kifayət edir. Belə ki, “İnter” və “Neftçi” eyni xala malik olsalar, reqlamentə görə çempionatda daha çox qələbə qazanan komanda üstün tutulur. Bu göstəricidə “Neftçi” “ağ-göylər”i qabaqlayır.

18:00. “Xəzər Lənkəran” – “Neftçi” - 1:0
Qol: Rikardo Qomeş, 52 (1:0)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran şəhər stadionu.
"Xəzər Lənkəran": 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Rodomir Todorov, 81. Rikardo Qomeş
"Neftçi": 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə

18:30. “İnter” – “Qəbələ” - 2:1
Qollar: Dodo, 8 (0:1), Nizami Hacıyev, 25 (1:1), İbrahima Niasse, 31 (2:1)
Qırmızı vərəqə: Mahir Şükürov, 81 ("Qəbələ")
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov
“Şəfa” stadionu.
“İnter”: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandelaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse
“Qəbələ”: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 77. Luiz Paulo Hillario

16:00. “Kəpəz” – AZAL - 0:2
Qollar: Sabir Allahquliyev, 55-avtoqol (0:1), Georgi Bogihu, 65 (0:2)
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
Gəncə şəhər stadionu.
“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 12. Mesallah Eslam, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 18. Nikolay Svejentsev, 30. Yuri Fomenko
AZAL: 1. Amil Ağacanov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 8. Ervin Bulku, 25. Tural Nərimanov, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 19. Hüseyn Axundov, 15. Georgi Bogihu

16:00. “Qarabağ” – “Bakı” - 2:4
Qollar: Denis İvanovs, 14 (0:1), Georgi Adamiya, 33 (1:1), Deyvidas Çesnauskis, 62 (1:2), Aleksandr Şoliç, 65 (1:3), Namiq Yusifov, 76-avtoqol (1:4), Muarem Muarem, 88 (2:4)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov
Ağdam rayon Quzanlı qəsəbə stadionu.
“Qarabağ”: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
“Bakı”: 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Parks Vinston, 99. Rəhman Hacıyev

“Simurq” - “Sumqayıt” - 2:1
Qollar: Ruslan Poladov, 35 (1:0), Anatoli Doroş, 68 (2:0), Orxan Əliyev, 76 (2:1)
Qırmızı vərəqə: Eşqin Quliyev, 53 ("Sumqayıt")
Zaqatala şəhər stadionu.

“Rəvan” – “Turan” - 2:2
Qollar: Taqim Novruzov, 54-pen (1:0), Miloş Zeçeviç, 82-pen (2:0), Georgi Beriaşvili, 84 (2:1), Aleksandr Qoqoberişvili, 86-pen (2:2)
Qırmızı vərəqə: Taqim Novruzov, 61 ("Rəvan")
“Dalğa Arena” stadionu.

Ceyhun Əhmədov