“Qafqazinfo”nun məlumatına görə, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Tbilisi şəhərindəki Mixeil Mesxi stadionunda keçiriləcək "Çixura" - "Neftçi" oyununu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Tamas Bognar, baş hakimin köməkçiləri: György Ring, Peter Berettyan, dördüncü hakim isə Adam Farkas təyin edilib.
Oyunun UEFA nümayəndəsi Michail Anagnostou (Yunanıstan), hakim-inspektoru Zbigniew Przesmyckidir (Polşa).
Cavab oyunu avqustun 7-də Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Qeyd edək ki, komandaların ilk görüşü qolsuz heç-heçə ilə başa çatmışdı.
Son xəbərlər
Son Xəbərlər