Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün 2-ci təsnifat mərhələsində “Jelezniçar”la cavab matçına çıxır.
“Qafqazinfo” xəbər verir ki, ötən həftə Bosniya və Herseqovinada məğlubiyyətdən son dəqiqə qolu ilə xilas olan paytaxt təmsilçisi cütün taleyini 8-ci km stadionunda həll etməlidir.
Bu görüş “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutunun doğma divarlar arasında ilk sınağı olacaq. Rumıniyalı yeni komandasında ilk qələbəni qazanmaq və turu adlamaqla özünü azarkeşlərə sevdirməyə çalışacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust
21:00. “Neftçi” – “Jelezniçar”
Baş hakim: Balaş Berke (Macarıstan)
Bakı. 8-ci km stadionu.
İlk oyun – 2:2
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Jelezniçar: 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 1. Aydın Mulaliç, 3. Amar Muşiç, 11. Hamza Qazal, 17. Andriya Drilyo, 21. Nikola Turanyaniç, 23. Omar Beka, 26. Yosef Amoa, 30.
Drazen Dubaçkiç.
***
Matç başladı.
***
“Neftçi” hesabı açdı. Kenni Sayef 20-ci dəqiqədə fərqləndi.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Eddi İsrafilov 68-ci dəqiqədə “Neftçi”nin ikinci qolunu vurur.
***
Matç bitdi. “Neftçi” adını növbəti mərhələyə yazdırdı. Bakı klubu üçüncü təsnifat mərhələsində “Beşiktaş” və “Tirana” arasında duelin güclüsü ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər