“Neftçi” və “Sumqayıt” şimali makedoniyalılara, “Keşlə” albanlara qarşı - Yenilənib

neftci-ve-sumqayit-simali-makedoniyalilara-kesle-albanlara-qarsi
Oxunma sayı: 3446

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmadan öncə iştirakçılar qruplara bölünüb. “Neftçi" və “Keşlə” Şimali Makedoniyanın “Şkupi”, Albaniyanın “Laçi” və Gürcüstanın “Dinamo” (Batumi) klublarından biri ilə qarşılaşacaq.

Səpələnməmişlər səbətindəki “Sumqayıt” isə Rumıniyanın “Universitatya Krayova”, Qazaxıstanın “Kayrat”, Şimali Makedoniyanın “Şkendiya” və Serbiyanın “Baçka Topola” klublarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.

***

“Neftçi”nin UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi bəlli olub. Bakılılar Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcək.  Fizuli Məmmədovun komandası qarşılaşmanı evdə keçirəcək.

***

“Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Bakı klubu oyununu Bakıda keçirəcək.

***

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sumqayıt” Şimali Makdeniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Təmsilçimiz oyununu evdə keçirəcək.