“Neftçi” “Domjale”yə uduzdu - Video

neftci-domjaleye-uduzdu
Oxunma sayı: 1968

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə “Domjale” ilə üz-üzə gəlib.

“Ağ-qaralar” Sloveniya klubu ilə bu komandanın ev oyunlarını keçirdiyi stadionda üz-üzə gəlib. Üç qolun vurulduğu oyunda hesabı “Neftçi” açsa da, “Domjale” əzmkar qələbəyə sevinib.

Toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirən “Neftçi” həmin oyunda heç-heçəyə razılaşmışdı – 1:1. Samir Abasovun çalışdırdığı kollektiv iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Yoxlama oyunu
21 iyun

Domjale – Neftçi 2:1
Qol: Namiq Ələsgərov, 24 – Benyamin Markuş, 33. Jiqa Repas, 39.
Matçın 87-ci dəqiqəsində Seniyad İbriçiç penaltidən yararlana bilməyib (kənara).