“Neftçi” Elxan Abdullayevlə 3 illik müqavilə imzaladı

neftci-elxan-abdullayevle-3-illik-muqavile-imzaladi
Oxunma sayı: 702

“Neftçi”də baş məşqçi Elxan Abdullayevin taleyinə aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, klubun Müşahidə Şurası çalışdırıcıya güvənmək qərarına gəlib.

Belə ki, Abdullayevlə müqavilənin müddəti artırılıb. Razılığa əsasən, o, qarşıdakı 3 ildə “Neftçi”nin “sükanı arxası”nda olacaq.
 
Qeyd edək ki, Elxan Abdullayev "Neftçi"yə 2016-17 mövsümünün gedişində baş məşqçi təyin edilib.