“Neftçi” “Fənərbaxça”ya rəqib oldu

neftci-fenerbaxcaya-reqib-oldu
Oxunma sayı: 3353

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi məlum olub. Ağ-qaralar 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq və ilk görüş səfərdə keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda keçiriləcək.