“Qafqazinfo” xəbər verir ki, "Neftçi" səfərdə "Simurq"u 1:0 hesabı ilə məğlub edib.
Zaqatalada baş tutan oyundan sonra xoşagəlməz hadisə yaşanıb. Belə ki, matçın 76-cı dəqiqəsində qol vuraraq, "ağ-qaralar"ı önə keçirən Nikolas Kanales klubunun formasına qarşı hörmətsizlik edib. Çilili hücumçu qol vurduqdan sonra formasını çıxararaq, yerə atıb.
Meydançaya düşən futbolka oyunçuların ayaqları altında qalıb.
Son xəbərlər
Son Xəbərlər