Yeni mövsümə hazırlıqları davam etdirən "Neftçi" daha iki futbolçu ilə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun rəsmi sayıtndan açıqlama verilib.
Belə ki, Aqil Məmmədov, Erik Ramos və Antonio Salas Quintadan (Anyete) sonra Juan Alberto Melli və Nikolas Kanales də bundan sonra "ağ-qaralar"ın formasında çıxış etməyəcəklər.
Ancaq klubu tərk edəcək futbolçular bununla yekunlaşmayacaq. Rəhbərlik Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun da digər kluba keçidi ilə bağlı danışıqları davam etdirir.
Qeyd edək ki, komandaya cəlb olunan oyunçular haqqında isə 20 iyun tarixində rəsmi açıqlama veriləcək.
Son xəbərlər
Son Xəbərlər