“Neftçi” gerilədi, “Qarabağ” mövqeyini qorudu

neftci-geriledi-qarabag-movqeyini-qorudu
Oxunma sayı: 2322

Avropanın top klublarının 2023-cü il üçün ilk reytinq siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın üç klubu da siyahıya daxil edilib. “Qarabağ” 213 xalla 80-cidir. Qurban Qurbanovun komandasının mövqeyi dəyişməz qalıb.

Bir pillə geriləyən “Neftçi” 33 xalla qitədə 229-cudur. Daha çox – 9 addım aşağı yuvarlanan “Qəbələ” 5 xalla 397-ci pillədə qərarlaşıb.

Siyahıya 2397 xala malik “Real” başçılıq edir.