“Qafqazinfo” klubun rəsmi saytına istinadən məlumat verir ki, təlim-məşq bazasında baş tutmuş məşqdə əsasən yerli futbolçular iştirak edib. Legioner futbolçular və “Neftçi” PFK-nın milli komandaların heyətinə cəlb edilmiş üzvləri Türkiyənin Bolu şəhərində keçiriləcək hazırlıqda düşərgəyə qoşulacaq. Qeyd edək ki, komanda iyunun 12-nə kimi Bakıda hazırlıq keçəcək. Bundan sonra isə “Neftçi”-nin Türkiyə və Avstriyada iki mərhələli təlim-məşq prosesi baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər