“Neftçi” – HİK matçının hakimləri açıqlandı

neftci-hik-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 1031

“Neftçi” klubunun Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə (Finlandiya) keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 3-də “Bakcell Arena”da baş tutacaq görüşün start fitini şotlandiyalı Uilyam Kolluma verəcək.

Ona yan xətdə həmyerliləri  Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.