““Neftçi” ilə oyun kifayət qədər ağır oldu”

neftci-ile-oyun-kifayet-qeder-agir-oldu
Oxunma sayı: 1047

“Matç kifayət qədər ağır oldu. Bakıdakı görüşə zəif başlamışdıq. Evdə öz gücümüzü hiss etdik”.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bunu Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis qarşılaşmanın kifayət qədər qəliz olduğunu bildirib.

Feldhofer bir neçə epizodda topu dirəyə vurduqlarını xatırladıb: "Növbəti raundda "Vaduts"la (Lixtenşteyn) üz-üzə gələcəyik. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq".