Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti oyun başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, “Neftçi” “Sabah”ı qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. 50-ci dəqiqədə isə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels hesabı bərabərləşdirib.
Komandalar arasında cavab qarşılaşması fevralın 12-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq.
“Neftçi” – “Sabah” 1:1
Qol: V.Stankoviç, 40 – C.L.Mikels, 50.
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Bakı. “Bakcell Arena”, 19:45.
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.
"Sabah": 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 32. Rustəm Samiqullin, 94. Yusif İmanov, 26. Tiemoko Fofana, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 8. Şakir Seyidov, 21. İldar Ələkbərov, 19. Kamran Quliyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.
Son xəbərlər
Son Xəbərlər