“Neftçi” ilə yola davam

neftci-ile-yola-davam
Oxunma sayı: 873


 “Qafqazinfo”nun Apasport.az saytına istinadən  xəbərinə görə, “ağ qaralar”la müqaviləsi başa çatan legionerlə danışıqlar müsbət yekunlaşıb. Yarımmüdafiəçi bundan sonra daha 2 il paytaxt klubunun şərəfini qoruyacaq. Tam adı Flavio Aleks Valensio olan futbolçu 2010-cu ildən “Neftçi”nin şərəfini qoruyur. Komandanın əsas futbolçularından sayılan yarımmüdafiəçi “ağ qaralar”ın heyətində indiyə qədər 101 oyunda meydana çıxıb və 28 qol vurub.