İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, püşkün nəticəsinə əsasən “Neftçi” iyunun 3-da Bakıda Maltanın “Baltsan” klubu ilə qarşılaşmalı idi.
Lakin klublar arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən püşkatmadan dərhal sonra oyunların keçirilmə yeri barəsində UEFA-ya müraciət edilib. Bu gün isə UEFA tərəfindən klubumuza rəsmi məktub daxil olub. Məktubda “Neftçi” – “Baltsan” cütü ilə yanaşı bir neçə oyunun keçirilmə yerində dəyişiklik edildiyi qeyd olunub.
Bildirilib ki, “Neftçi” və “Baltsan” klubları arasında ilk oyun iyunun 30-da Maltada baş tutacaq. Cavab matçı isə iyulun 7-də Bakıda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər