“Neftçi” işçiləri ixtisar edir

neftci-iscileri-ixtisar-edir
Oxunma sayı: 2926

Bir müddət əvvəl işçilərin nahar yeməyini kəsməklə gündəmə gələn “Neftçi” bu dəfə işçi ixtisarı ilə gündəmə gəlib.

“Qafqazinfo”nun Futbolinfo.az-a istinadən məlumatına görə, komandaya əcnəbi idarəçilər təyin edən rəhbərlik sıravi işçiləri klubdan göndərir.

“Neftçi”də 10-a yaxın əməkdaşın ixtisara salındığı deyilir.

Saytın iddiasına görə, ixtisar daha çox əcnəbilər deyil, yerli əməkdaşlara şamil olunub.