Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən "Neftçi" də mübarizəyə başlayacaq.
"Ağ-qaralar" səfərdə "Jelezniçar"la qarşılaşacaq. Bosniya və Herseqovina klubu 1-ci təsnifat mərhələsində Minsk "Dinamo"sunu (2:2, 2:1) mübarizədən kənarlaşdırıb.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüş həm də "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun komandada rəsmi debütü olacaq.
27 iyul
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo, Qrbavica stadionu.
***
Matç başladı.
***
12-ci dəqiqədə meydan sahibləri hesabı açır. Dzenan Haracic fərqlənir - 1:0.
***
“Neftçi” 44-cü diqəqədə hesabı bərabərləşdirir - 1:1. Keelan Lebon adını tabloya yazdırır.
***
45+9-cu dəqiqədə “Jelezniçar” ikinci qolu vurur. Qolun müəllifi Joseph Amoah olur.
***
İkinci hissə başladı.
***
Rəhman Hacıyev 90+5-ci dəqiqədə möhtəşəm qolla hesabı bərabərləşdirir - 2:2.
***
Oyun 2:2 hesabı ilə başa çatdı. Cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər