“Neftçi” – “Kəpəz” matçında VAR-ın çəkdiyi ofsayd xətti mübahisə yaratdı - Video

neftci-kepez-matcinda-var-in-cekdiyi-ofsayd-xetti-mubahise-yaratdi
Oxunma sayı: 2539

Ötən gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Neftçi” və “Kəpəz” 2:2-lik bərabərliyə razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, lakin matçın 90+2-ci dəqiqəsində baş verənlər etirazlara səbəb olub.

Belə ki, meydan sahiblərinin futbolçusu Yeqor Boqomolski qol vursa da, hakimlər ofsayd səbəbilə qou ləğv edib. Ofsayd epizodunda VAR-ın çəkdiyi xətt isə daha müzakirələrə səbəb olub.

Xəttin əyri çəkilməsi diqqətdən yayınmayıb.