“Neftçi” “Kəpəz”ə məğlub oldu

neftci-kepeze-meglub-oldu
Oxunma sayı: 2708

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Kəpəz” ilk tur çərçivəsində “Neftçi”ni sınağa çəkib.

Əzəli rəqiblər Gəncədə üz-üzə gəliblər. Meydan sahibləri bu görüşdə sürpriz qələbəyə seviniblər.

Tur Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunla tamamlanacaq.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust

“Kəpəz” – “Neftçi” 1:0
Qol: Mate Kvirkviya, 44-pen.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Gəncə şəhər stadionu.