Azərbaycan Premyer Liqasına hazırlaşan daha 4 komanda bu gün yoxlama oyunu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, “Neftçi” “Keşlə” ilə “Qəbələ” isə “Sumqayıt”la qarşılaşacaq.
Turnir cədvəlində bir-birlərinə yaxın mövqedə olan “ağ-qaralar”la “qırmızılar”ın görüşü “Bakcell Arena”da baş tutacaq. Oyun "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.
“Suqmayıt” isə sonuncu sıradakı “Qəbələ” komandasıyla gücünü yoxlayacaq. Qarşılaşma “Kapital Bank Arena”da keçiriləcək.
Yoxlama görüşü
10 iyun
20:00. “Sumqayıt” - “Qəbələ”
“Kapital Bank Arena”
10 iyun
18:00. “Neftçi” - “Keşlə”
“Bakcell Arena”
Son xəbərlər
Son Xəbərlər