“Neftçi” “Keşlə”nin oyunçusunu transfer etdi

neftci-keslenin-oyuncusunu-transfer-etdi
Oxunma sayı: 1608

"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

"Qafqazinfo" klubun saytına istinadən xəbər verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi komandamızın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.