“Neftçi” klubu paraqvaylı legioneri Dieqo Valdezlə yolları ayırıb.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, D.Valdez 2023-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.