“Neftçi” legionerini göndərdi

neftci-legionerini-gonderdi
Oxunma sayı: 1109

“Neftçi”də ayrılıq reallaşıb.

"Qafqazinfo" klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Kirilo Petrovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ildən "ağ-qaralar"da çıxış edirdi. Ukraynalı müdafiəçi bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb.