“Neftçi” məğlubiyyətdən son anda qurtuldu

neftci-meglubiyyetden-son-anda-qurtuldu
Oxunma sayı: 2287

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında lider “Qarabağ”ın iki əsas izləyicisi – “Neftçi” və “Zirə” komandaları üz-üzə gəlib. Bu görüşdə də “Neftçi” “Zirə”yə məğlubiyyətdən son anda xilas ola bilib.

Azərbaycan Premyer Liqası
21-ci tur
3 aprel

“Neftçi” – “Zirə” 1:1
Qol: T.Bezerra, 90+6-pen – A.Ayzaya, 88.
Qırmızı vərəqə: E.İsrafilov, 77 (ikinci sarı) – C.Diniyev, 59 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”, 17:15.