“Neftçi” məşqçisinə və futbolçusuna görə cəzalandırıldı

neftci-mesqcisine-ve-futbolcusuna-gore-cezalandirildi
Oxunma sayı: 671

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Topaz Premyer Liqanın 23-cü turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqanın 23-cü turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

Topaz Premyer Liqanın 23-cü turunun AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 nömrəli futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Topaz Premyer Liqanın 23-cü turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 43-cü dəqiqəsində “Neftçi” klubunun 10 nömrəli futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oyunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi” klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXIII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.