“Neftçi” Mirhüseynlə də yolları ayırdı

neftci-mirhuseynle-de-yollari-ayirdi
Oxunma sayı: 986


“Qafqazinfo”nun məlumatına görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Klubun bununla bağlı yaydığı açıqlamada deyilir: “Neftçi” PFK yarımmüdafiəçi Mirhüseyn Seyidova azad agent statusu verib. "Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, dünən “Neftçi” hücumçusu Rauf Əliyevlə də müqaviləni ləğv etmişdi.