“Neftçi” “Olimpiakos”a məğlub olsa...

neftci-olimpiakosa-meglub-olsa
Oxunma sayı: 2321

Futbol üzrə Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına iki oyunun nəticəsinə görə uduzsa, mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, artıq bu iki komandanın Avroliqadakı potensial rəqibi də dəqiqləşib.

“Neftçi” - “Olimpiakos” cütünün məğlubu Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Sözügedən komanda ÇL-in ikinci təsnifat mərhələsində İsveçin “Malmö” klubuna məğlub olub. İsveçdə baş tutan ilk oyunda Finlandiya çempionu 1:2 uduzub. Cavab görüşündə isə 2:2 hesabı qeydə alınıb.

“Neftçi” “Olimpiakos”a Yunanıstanda baş tutan ilk oyunda 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək.