“Neftçi” öz meydanında “Səbail”ə uduzdu

neftci-oz-meydaninda-sebaile-uduzdu
Oxunma sayı: 940

Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turu çərçivəsində növbəti oyunlar keçirilir.

“Qafqazinfo” xəbər verir ki, turun əsas qarşılaşması “Bakcell Arena”da keçirilib. Çempionatın lideri “Neftçi” üçüncü pillədə qərarlaşan “Səbail” komandasını qəbul edib. Matç 2:1 hesabla “Səbail” klubunun xeyrinə başa çatıb.

Qonaqların heyətində Kevin Kubemba (35) və Yevgeni Koçuk (43), meydan sahiblərinin heyətində isə Baqali Dabo (56) fərqləniblər.

Beləliklə, “Səbail” bu qələbədən sonra xallarının sayını 30-a çatdırıb, hesabında 38 xal olan "Neftçi" və "Qarabağ" birinci-ikinci yerləri bölüşürlər.