“Neftçi” öz rekordunu yenilədi

neftci-oz-rekordunu-yeniledi
Oxunma sayı: 650

“Qafqazinfo”nun verdiyi məlumata görə, çempionatın sonuna 2 tur qalmış ən yaxın izləyicisini 8 xal qabaqlayan paytaxt təmsilçisi tarixində 7-ci dəfə ölkə çempionu titulunu əldə edib. Bununla da “Neftçi” özünün Azərbaycan rekordunu yeniləyib. Belə ki, digər komandalardan heç biri bu qədər çempion olmayıb. “Kəpəz” 3, “Şəmkir”, “İnter” və “Bakı” hərəyə 2, “Qarabağ”, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə qızıl medalların sahibi olub.

“Neftçi” həm də 5 illik ənənəyə son qoydu. Belə ki, 200506 mövsümündən başlayaraq hər il çempion dəyişirdisə, bakılılar ardıcıl 2-ci dəfə çempionluq tituluna sahib oldu. Bunadək də titulunu növbəti mövsüm qoruyan son komanda “Neftçi” olmuşdu. O vaxt paytaxt təmsilçisi 2003/04 və 2004/05 mövsümlərini qazanmışdı. Ümumilikdə isə “Neftçi” 3, “Kəpəz” və “Şəmkir”in hərəyə 1 dəfə ardıcıl çempionluqları var.

Azərbaycan futbolu tarixində heç bir klub ardıcıl 3 dəfə çempion olmayıb.

mövsüm çempion

1992 “Neftçi” Bakı
1993 “Qarabağ” Ağdam
1993/94 “Turan” Tovuz
1994/95 “Kəpəz” Gəncə
1995/96 “Neftçi” Bakı
1996/97 “Neftçi” Bakı
1997/98 “Kəpəz” Gəncə
1998/99 “Kəpəz” Gəncə
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 Yarımçıq dayandırılıb
2003/04 “Neftçi” Bakı
2004/05 “Neftçi” Bakı
2005/06 “Bakı”
2006/07 “Xəzər Lənkəran”
2007/08 “İnter” Bakı
2008/09 “Bakı”
2009/10 “İnter” Bakı
2010/11 “Neftçi” Bakı
2011/12 “Neftçi” Bakı