“Neftçi” Ozobiçin transferini açıqladı

neftci-ozobicin-transferini-aciqladi
Oxunma sayı: 2974

“Neftçi” Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.

“Qafqazinfo” xəbər verir ki, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.

Ozobiç “Neftçi”nın mövsümlərarası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən Emil Balayevlə müqavilə bağlayıb.