“Qafqazinfo” xəbər verir ki, “Neftçi” səfərdə Serbiyanın “Partizan” klubu ilə görüşəcək. İlk oyunda sərfəli nəticə ilə evə qayıtmaq və cavab matçını gözləmək “Neftçi”nin əsas istəyidir. 2011-2012-ci il mövsümündə üz-üzə gələn bu komandaların hər iki qarşılaşması bərabərliklə başa çatıb. (0:0, 1:1)
“Partizan”- “Neftçi” matçını türkiyəli baş hakim Hüseyn Göçək idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:15-də Belqradın “Partizan” stadionunda keçiriləcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər