Azərbaycan Premyer Liqasında 27-ci turun daha bir oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Neftçi” “Keşlə”nin qonağı olub.
Matçın taleyini 1 qol həll edib. 73-cü dəqiqədə Emin Mahmudovun penaltidən vurduğu qol “Neftçi”yə 3 xal qazandırıb.
“Ağ-qaralar” bu qələbədən sonra xalını 48-ə çatdırıb və müvəqqəti olaraq vahid liderliyə yüksəlib.

Son xəbərlər
Son Xəbərlər