“Neftçi” potensial rəqibləri azaldı

neftci-potensial-reqibleri-azaldi
Oxunma sayı: 1762

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq “Neftçi”nin 3-cü təsnifatdakı potensial rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin 3-cü raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütlərinin qalibləri və “Alkmaar”dır (Niderland).

Qeyd edək ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü bu gün saat 16:00-da atılacaq.