“Neftçi” qalib oldu

neftci-qalib-oldu
Oxunma sayı: 770

Bu gün "CBC Sport Kuboku"nda növbəti oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Premyer Liqa klubu "Neftçi" birinci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. Matç Bakı klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə "Neftçi" xalını 10-a yüksəldib və turnirin qalibi olub.

19 yanvar

"Şərurspor" - "Neftçi" - 2:3 (0:2)

Qollar: Ruslan Qurbanov, 10 (0:1). Mirabdulla Abbasov, 42 (0:2). Rəhman Musayev, 64 (1:2). Mirabdulla Abbasov, 76 (1:3). Rəhman Musayev, 79 (2:3).

Bakı. "Bayıl Arena".