“Neftçi” qapıçı axtarır

“Neftçi” qapıçı axtarır
Oxunma sayı: 209

Yayılan məlumatlara aydınlıq gətirmək üçün “Qafqazinfo” “Neftçi”nin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbasazadə ilə əlaqə saxlayıb.
Gündüz Abbaszadə açıqlamasında yeni qolkiper transferi haqqında düşündüklərini bildirib: “Hazırda “Neftçi” yalnız ayın 19-u “Kəpəz”lə və 25-i səfərdə “Rubin”lə olacaq qarşılaşması haqqında düşünür. Təbii ki, “Neftçi”nin hədəfləri böyükdür və buna görə də güclü oyunçuları transfer etmək fikrindədir. Ancaq indi bu barədə danışmaq tezdir. Çünki transfer mövsümü hələ başlamayıb”

Mətbuat xidmətinin rəhbəri “Benfika” klubunun qapıçısının “Neftçi”yə gətiriləcəyi haqqında yayılan söz-söhbətlərə də aydınlıq gətirib: “Biz yalnız Joze Filipe de Silva Moreyra haqqında düşünmürük. Bizim qarşımızda bir neçə təklif var. “Neftçi” bu təkliflərin hamısı üzərində düşünür. Sonda isə klub özünə ən uyğun, ən layiqli və qiymət baxımından münasib oyunçunu transfer edəcək. Çünki “Neftçi”nin qolkiperə ehtiyacı var. Hazırda Saşa Stamenkoviç klubun 1 nömrəli qapıçısıdır. Emil Balayev də güvənmək olar. Lakin Avropadakı oyunlar onu göstərdi ki, bizim A təcrübəli qapıçıya ehtiyacımız var”.

Sevinc


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi